Rusiya Ukraynada yanğınsöndürmə məntəqəsini BOMBALADI 

Hazırda oxunan: Rusiya Ukraynada yanğınsöndürmə məntəqəsini BOMBALADI 

113417

Rusiya Xersonda yanğınsöndürmə məntəqəsini bombalayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Hadisənin Rusiya tərəfindən Ukraynanın bütün təmas xətti boyunca atəşkəs elan edilməsindən təxminən bir saat əvvəl Rusiya ordusu tərəfindən həyata keçirildiyi bildirilib. 

Məlumata görə, hücum nəticəsində bir yanğınsöndürən ölüb, dörd nəfər yaralanıb. Geraşenko bildirib ki, hücum zamanı yanğınsöndürmə texnikası və bina zədələnib. 
Qeyd edək ki,  atəşkəs rejimi 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin