Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali komisarı Volker Türk Əfqanıstan və İranda qadınların hüquqlarını sistemli şəkildə pozmaq səylərindən dəhşətə gəldiyini və bu cür antifeminist addımların uğursuzluğa düçar olacağını deyib.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, o, məsələni bir başa hökumət rəsmiləri ilə müzakirə etmək üçün İrana səfər etməyi planlaşdırdığını, amma onun bu istəyinə Tehrandan cavab verilmədiyini söyləyib.
Türk deyib ki, bu səfər baş tutarsa, Tehran hökumətini qadınlara və qızlara qarşı ayrı-seçkiliyi dayandırmağa çağıracaq və onlarla etirazların vəhşicəsinə yatırılması məsələsini müzakirə edəcək.
Ali komisar İranın indiyədək iki narazının edam edilməsinə səbəb olan etirazlarla bağlı ölüm hökmünün verilməsi və icrası ilə bağlı xəbərdarlıq edib.
O qeyd edib ki, heç bir halda və qəti şəkildə etirazçılara qarşı ölüm hökmü çıxarılmamalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:48 / 06.01.2023
BMT rəsmisi repressiyalara görə İranı QINADI
Hazırda oxunan: BMT rəsmisi repressiyalara görə İranı QINADI
Hazırda oxunan: BMT rəsmisi repressiyalara görə İranı QINADI
113367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.