İraq hökuməti rəsmi Ankara ilə yaşanan Başika böhranından sonra Türkiyədən indiyədək aldığı mətbəx yağından imtina edəcəyini açıqlayıb.
xa0
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İraq Türkiyədən mətbəx yağının idxalını azaltmağı planlaşdırır. Bunun əvəzində isə İraq hökuməti Ermənistandan yağ almağı düşünür. Artıq bu istiqamətdə Ermənistan ilə İraq arasında danışıqlar başlayıb.
xa0
İraq Ticarət Nazirliyindən bildirilib ki, Bağdad hökumətinin yağ ehtiyacını 7 ildir Türkiyə qarşılayır. Ancaq Türkiyə ilə İraq arasında meydana gələn Başika böhranı iki ölkə arasında humanitar sahələrə də mənfi təsir edəcək. Bunun timsalında da İraq Türkiyədən aldığı mətbəx yağını azaltmağı düşünür. Bu yaxınlarda İraqın ticarət naziri Məhəmməd el Sudani Ermənistanın Bağdaddakı səfiri Karen Krikoryan ilə görüşüb. Həmin görüş zamanı da qeyd olunub ki, İraqın yağ ehtiyacını Türkiyənin əvəzinə Ermənistan qarşılaya bilər. Hətta bununla bağlı ilkin razılıq da əldə olunub”x9d.


































































































