Məxfi xidmət əməkdaşının kompüterini və yaddaş kartını oğurladılar

Hazırda oxunan: Məxfi xidmət əməkdaşının kompüterini və yaddaş kartını oğurladılar

113149
Amerika məxfi xdmətində (Secret Service ) növbəti qalmaqal baş verib. Bu barədə CNN məlumat yayıb. 
Bildirilir ki, xidmət əməkdaşının maşınından xidməti silah və bir neçə şəxsi əşya oğurlanıb. Oğurlanan əşyalar arasında kompyuter üçün kiçik yaddaş kartı da var. Kartın yaddaşında hansı informasiyaların olması bilinmir. Bu da narahatlıqları daha da artırıb. Ən pisi isə odur ki, hadisə günorta, özü də məxfi xidmətin mərkəzi ofisinin maşın dayanacağında qeydə alınıb. Xatırladaq ki, məxfi xidmət ABŞ prezidentinin mühafizəsini təşkil edir. İndiyə qədər məxfi xidmətlə bağlı bu kimi xoşagəlməz hadisələr çox olub...(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin