Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-şərqində kürdlərin yaşadığı Rojava bölgəsinin paytaxtı hesab olunan Qamışlı şəhərinə girib.
Axar.az xəbər verir ki, bu barədə “Rudav”x9d agentliyinə Suriya Kürd Milli Şurasının Qamışlı şəhəri üzrə nümayəndəsi Şəmdin Nəbi deyib.
O, hərbçilərin ağır texnika ilə şəhərin şimal-şərqindəki Latifiyə kəndində 3 əraziyə yerləşdiyini bildirib.
Qeyd edək ki, türk ordusu bundan öncə dekabrın 22-də Rojavanın Til Əfrit yüksəkliyində mövqe tutub. Bu addımın Suriya-Türkiyə sərhədində təhlükəsizlik məqsədi ilə atıldığı açıqlanıb.



































































































