Ərəb ölkələri Türkiyədən tələb etdi: Qoşunlarını İraqdan çıxar

Hazırda oxunan: Ərəb ölkələri Türkiyədən tələb etdi: Qoşunlarını İraqdan çıxar

113086
Ərəb Dövlətləri Liqası (ƏDL) cümə axşamı Misirdə quruma üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar görüşünü keçirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, danışıqların yekununda təşkilat Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib.

Bağdad ƏDL-dən iki həftə əvvəl bu məsələyə baxmağı xahiş edib. İraq hakimiyyəti, həmçinin BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbçiləri İraq könüllülərinə terrorçularla mübarizə aparmaq üçün təlim keçir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin