Ukrayna-Aİ sammitində müzakirə olunacaq məsələlər AÇIQLANDI

Hazırda oxunan: Ukrayna-Aİ sammitində müzakirə olunacaq məsələlər AÇIQLANDI

113068

“Fevralın 3-də keçiriləcək Ukrayna-Avropa İttifaqı sammitində rəsmi Kiyev Rusiyanın raket proqramına qarşı sərt sanksiyaların tətbiqində israr edəcək”.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

O bildirib ki, sammitdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi müzakirə olunacaq: “Biz Aİ sanksiyalarının doqquzuncu paketinin qəbulunu alqışlayırıq. Eyni zamanda sanksiyalar genişləndirilməlidir. Xüsuilə Rusiyanın raket proqramına qarşı sanksiyalar tətbiq olunmalıdır”.

Nazir xatırladıb ki, Ukrayna bu məsələni ötən ilin sonunda qaldırıb.

“Bizim kifayət qədər faktlarımız, məlumatımız var və indi top Avropa İttifaqındadır. Rusiyada Ukrayna ərazisində kütləvi hərbi cinayətlər üçün istifadə edilən raketlərin istehsalını dayandırmağa imkan verəcək sanksiyaların qəbulu üçün bizdə bütün lazımi məlumatlar mövcuddur. İndi həll yollarına ehtiyacımız var”, - XİN rəhbəri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin