Türkiyədə prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi iddiasına Ərdoğandan AÇIQLAMA 

Hazırda oxunan: Türkiyədə prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi iddiasına Ərdoğandan AÇIQLAMA 

113059

“Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyə uyğun qururuq”.

Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

İddialara görə seçkilər aprelin 30-da, mayın 7-də və yaxud mayın 14-də keçirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin