Koronavirus Çindən yayılmayıb - ÜST-dən ziddiyyətli açıqlama

Hazırda oxunan: Koronavirus Çindən yayılmayıb - ÜST-dən ziddiyyətli açıqlama

11302

Sars-Cov-2-nin 2019-cu ilin dekabrından əvvəl Uhanda yayılıb-yayılmadığını müəyyənləşdirmək üçün kifayət qədər sübut yoxdur.

Bizim.Media-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-un mənşəyini araşdırmaq üçün infeksiyanın ilk yayıldığı Çinin Uhan şəhərinə göndərilən araşdırma missiyası keçirdiyi mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

ÜST: "Koronavirusun yoluxma sürəti azalır"


Tədqiqat qrupunun rəhbəri Dr. Embarekin sözlərinə görə,onlar Uhan və ya digər ərazilərdə COVID-19-la bağlı sübut tapılmayıblar.

O bildirib ki, tədqiqatlarda yeni məlumatlar aşkarlanıb, lakin bu COVID-19 epidemiyasının mənzərəsini kəskin şəkildə dəyişdirmir.

''Virusun laboratoriyadan sızması ehtimalı COVID-19-un yayılması üçün inandırıcı deyil və virusun mənşəyini öyrənərkən bu fərziyyə ilə bağlı əlavə araşdırma olmayacaq.

Yarasalar və panqolinlər virusun ötürülməsi üçün potensial namizədlərdir, lakin bu növlərdə tapılan koronavirus nümunələri Sars-Cov-2 ilə eyni deyil''.

Tədqiqatçılar qeyd edib ki, yarasaların mağaralarından götürülən nümunələr indiyə qədər COVID-19-a səbəb olan virusun mövcudluğunu müəyyənləşdirməyə kömək etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin