9 fevralda dünya Beynəlxalq Pizza Gününü qeyd edir.
Bizim.Media xəbər verir ki, pizza ilk dəfə olaraq qədim dövrlərdə fərqli xalqlar arasında meydana gəlib.
Ancaq Pizza öz populyarlığını 16-cı əsrin əvvəllərində İtalyanın Napoli şəhərində qazanıb. Bu adi mayalı xəmirin üzərinə pomidor sousu, pendir və ağ reyhan qarışığından əmələ gələn adi kökə idi.
Eyni zamanda, bu kasıbların yeməyi sayılırdı və müəyyən bir resepti yox idi.
İndi dünyada çox sayda müxtəlif pizza növü var, bunların hazırlanması, seçimləri rəngarəngdir. Hətta bəzi reseptlər mədəni irs sahələri statusu alıb.
Ancaq pizzalar arasında dünyada ən sevilən məşhur növü “Marqarita”dır.
Əgər sizdə bu dadlı, ləzzətli resepti hazırlamaq istəyirsinizsə gözünüz bizdə olsun.
Tərkibi:
Xəmir:
Un – 150 qr.
Zeytun yağı – 20 qr.
Duz – 10 qr.
Şəkər tozu – 0,5 ç/q.
Maya – 7 qr.
Bütün ərzaqları qarışdırıb, xəmir yoğurursunuz və ən azı 30 dəqiqə isti yerdə dincə qoyursunuz.
Üstü üçün:
Pomidor – 3 ədəd
Zeytun yağı – 5 x/q.
Motsarella – 250 qr.
Ağ reyhan
Hazırlanması:
Pomidorları sürtgəcdən keçirib, bir qaşıq zeytun yağı töküb, qaynadırıq. Pizza xəmirini yaymaqdan əvvəl onu zeytun yağı ilə yağlayıb, sonra xəmiri açırıq.
Üzərinə pomidor sosunu və xırda-xırda doğranmış motsarella pendirini də əlavə edirik. Sonra 2 xörək qaşığı zeytun yağı səpirik. Ağ reyhan ilə bəzəyirik. Əvvəlcədən qızdırılmış sobada 250 dərəcə temperaturda 20 dəqiqəyə bişiririk.
Nuş olsun!
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:12 / 09.02.2021
Napolidən gələn kökə: Bu gün Beynəlxalq Pizza Günüdür - FOTOLAR
Hazırda oxunan: Napolidən gələn kökə: Bu gün Beynəlxalq Pizza Günüdür - FOTOLAR
Hazırda oxunan: Napolidən gələn kökə: Bu gün Beynəlxalq Pizza Günüdür - FOTOLAR
11280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.