Rusiya yeni hücuma hazırlaşır - Stoltenberq

Hazırda oxunan: Rusiya yeni hücuma hazırlaşır - Stoltenberq

112749

Kiyev aldadıcı qələbə hisslərinə aldanmamalıdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri NATO baş katibi Yens Stoltenberq səsləndirib.

Onun sözlərinə görə, Ukrayna qoşunları bir neçə aydır əks-hücuma keçirib, lakin  Rusiya hərbçiləri səfərbər edilib, sıralarını artırıb, səfərbər olunanların çoxu hazırda təlim keçir:

“Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya qoşunları hərbi əməliyyatlara hazırlaşır. Müharibə davam etdiriləcək və yeni hücum cəhdi olacaq”, - alyansın baş katibi bildirib.

Stoltenberq indiki vəziyyətdə Ukraynanın Qərbin hərbi dəstəyinə ciddi ehtiyacı olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin