Aİ  “Sputnik V”in qeydiyyatı ilə bağlı Rusiyanın müraciətini qəbul etdi  

Hazırda oxunan: Aİ  “Sputnik V”in qeydiyyatı ilə bağlı Rusiyanın müraciətini qəbul etdi  

11272

Avropa İttifaqı (Aİ) koronavirusa qarşı “Sputnik V” peyvəndinin qeydiyyatı ilə bağlı Rusiyanın müraciətini qəbul edib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

''Rusiya peyvəndini satmaq üçün başqa vaksinlərlə bağlı yalanlar yayır'' Avropa İttifaqı


Məlumata görə, “Sputnik V” vaksinin Aİ-də qeydiyyata alınması üçün yanvar ayında Avropa Dərmanlar Agentliyinə rəsmi müraciət göndərilib.

Artıq bu müraciət Agentlik tərəfindən təsdiqlənib.

Avropa Dərmanlar Agentliyi Rusiya istehsalı olan peyvəndin müvafiq şərtlərə cavab verib-verməyəcəyini müəyyənləşdirdikdən sonra onun Aİ-də istifadəsi məsələsinə qərar verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin