Xorvatiya Avrozonanın 20-ci üzvü oldu

Hazırda oxunan: Xorvatiya Avrozonanın 20-ci üzvü oldu

112672

Xorvatiya yanvarın 1-dən avrozonanın rəsmi üzvü olub və milli valyutası olan kunanın əvəzinə vahid Avropa valyutasından istifadə etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, hadisəni şərh edən ölkə hökumətinin başçısı Andrey Plenkoviç bildirib ki, bu, Xorvatiyanı Avropaya inteqrasiyanın ən yaxın dairəsinə salır.

Beləliklə, əhalisi 4 milyondan az olan və yalnız 1991-ci ildə müstəqillik qazanan Balkan ölkəsi Avropa İttifaqının 27 üzvü arasında avrozonaya daxil olan 20-ci ölkə oldu. Həmin gün o, açıq sərhədlərin Şengen zonasına qəbul edildi.
"Avronun tətbiqi iqtisadiyyatımızı gücləndirəcək, sabitliyin lövbərinə çevriləcək, bizi daha dayanıqlı və xarici sarsıntı və böhranlarından qorunmuş edəcək, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına səbəb olacaq", - deyə ölkənin maliyyə naziri Marko Primorats bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin