İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi əfv sərəncamı imzalayıb.
Bizim.Media xəbər verir ki, İranda islam inqilabının 42-ci il dönümü ilə əlaqədar Ali Rəhbər 3 min 840 məhkumu əfv edib.
MÖVZU İLƏ BAĞLI:
İranın ali rəhbəri: “Ermənistan işğal etdiyi əraziləri qaytarmalıdır”
Əfv olunanların bir qisminin cəzası yüngülləşdirilib, digər qismi isə cəzasının çəkilməmiş hissəsindən azad edilərək sərbəst buraxılıb.
Ali Rəhbərin administrasiyasından verilən məlumatda deyilir ki, Əli Xamneyi humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq hər il inqilabın ildönümündə əfv sərəncamı imzalayır.
Bizim.Media