“2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb, tərəflər arasında yüksək səviyyəli dialoq və praktiki əməkdaşlıq davam edib”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb:
"15 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və NATO-nun Baş katibi cənab Yens Stoltenberq arasında telefon danışığı aparılıb. 19 iyul 2022-ci il tarixində NATO mənzil qərargahında xarici işlər naziri Ceyhun Bayramov baş katib Yens Stoltenberqlə görüşüb.
28-29 aprel 2022-ci il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ölkəmizə səfər edib. İl ərzində NATO ilə əməkdaşlıq şəraitində beynəlxalq sülh və təhlükəsizliyə töhfə sahəsində milli imkanların artırılması və müdafiə islahatları sahəsində səylər davam edib və bu mövzuda yeni tərəfdaşlıq məqsədləri razılaşdırılıb".
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:47 / 29.12.2022
Azərbaycan-NATO tərəfdaşlığı il ərzində strateji əhəmiyyətini saxlayıb
Hazırda oxunan: Azərbaycan-NATO tərəfdaşlığı il ərzində strateji əhəmiyyətini saxlayıb
Hazırda oxunan: Azərbaycan-NATO tərəfdaşlığı il ərzində strateji əhəmiyyətini saxlayıb
112336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.