Rusiyanın Çinə gündəlik qaz ixracı REKORD həddə çatdı

Hazırda oxunan: Rusiyanın Çinə gündəlik qaz ixracı REKORD həddə çatdı

112203

Rusiyanın "Qazprom" şirkəti Çinə gündəlik qaz tədarükü ilə bağlı yeni rekorda imza atır.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller məlumat verib. 

"Biz qərara gəldik ki, 2022-ci ilin dekabrında Çinə müqavilə öhdəliklərini artıqlaması ilə gündəlik qaz tədarük edək. Maksimal artıqlıq 18,7% təşkil edib və bu gün Çinə gündəlik tədarük üzrə daha bir yeni rekord qeydə alınacaq", - deyə o qeyd edib. 

Miller bildirib ki, yaxın gələcəkdə "Qazprom"un Çinə qaz ixracının həcmi 48 milyard kubmetr təşkil edəcək:

"Qeyd etmək lazımdır ki, bu il Uzaq Şərqdən 10 milyard kubmetr qazı tədarük etməyə imkan verən Uzaq Şərq müqaviləsini imzalamışıq. Yaxın gələcəkdə isə il ərzində ümumi ixrac həcmimiz 48 milyard kubmetr olacaq. Monqolustan ərazisindən keçən ixrac tranzit qaz kəməri nəzərə alınmaqla - demək olar ki, bu rəqəm 100 mlrd. kubmetr təşkil edəcək". 
Miller "Qazprom"-un bəzi yataqlarında hasilatın yalnız 2141-ci ildə, bəlkə də daha gec başa çatacağını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin