Türkiyə silahlı pilotsuz uçuş aparatı istehsal edən 5-ci ölkə oldu- VİDEO

Hazırda oxunan: Türkiyə silahlı pilotsuz uçuş aparatı istehsal edən 5-ci ölkə oldu- VİDEO

112201
Moderator.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən ilk yerli və milli pilotsuz uçuş aparatı olan Bayraktar TB2, uzun müddət davam edən səylər nəticəsində tank əleyhinə raketlərlə təchiz edilib. 

Dünən baş tutan sınaq uçuşlarında roketlər 5 min metr yüksəklikdən 8 km uzaqlıqdakı hədəfi 100% dəqiqliklə vurub. Bayraktar TB2-də silah olaraq Roketsan firmasının hazırladığı uzun mənzilli tank əleyhinə roketi - UMTAS istifadə edilib. Dünənki uçuşda pilotsuz uçuş aparatının qanadlarına hər biri 37,5 kq ağırlığı olan iki roket yerləşdirilib. UMTAS roketi bütün zirehli hədəflərə qarşı təsirli silah hesab edilir.

Bayrak Makina şirkətinin müdiri Haluk Bayraktar Vətən qəzetinə müsahibəsində deyib ki, ilk sınaqda əldə etdiyimiz uğur Türk mühəndislərinin peşəkarlığının göstəricisidir. 

Xatırladaq ki, Türkiyə 2008-ci ildən ABŞ-ın istehsal etdiyi silahlı pilotsuz uçuş aparatını almaq istəyir, ancaq ABŞ Konqresi silah satışını hələ də təsdiqləməyib. Bu məqsədlə Silahlı Qüvvələrin keçmiş rəhbəri general Necdet Özalın Pentaqon rəhbərliyi ilə görüşləri də nəticəsiz qalmışdı. 

Qeyd edək ki, sınaq uçuşlarının uğurla başa çatmasıyla Türkiyə  ABŞ, Çin, İzrail və İrandan sonra öz silahlı pilotsuz uçuş aparatını istehsal edən 5-ci ölkəyə çevrildi. Silahlı pilotsuz uçuş aparatları arasında dünyada ən məşhur əməliyyat sistemi ABŞ-ın istehsal etdiyi Predator və Reaper hesab edilir. İzrail Hermes, İran Shahed 129, Çin isə CH-3 adında silahlı pilotsuz uçuş aparatları istehsal edir. İran silahlı uçuş aparatlarını Sudan, İraq, Livan, Venesuela və Suriyaya ixrac edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin