Ermənistanda ölkənin keçmiş vitse-prezidenti Vaqan Şirxanyan həbs edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Milli təhlükəsizlik xidməti məlumat yayıb.
V.Şirxanyan Artur Vardanyan adlı şəxsin yaratdığını cinayətkar dəstə ilə əlaqədə ittiham edilir.
Qeyd edək ki, noybarın 25-də Ermənistanın İrəvan və digər şəhərlərində terror aktları planlaşdıran mütəşşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib.
Hazırda cinayət işi ilə bağlı 25 nəfər həbs edilib.




































































































