Bodrumda qayıq batıb, 18 nəfər ölüb, 14 nəfər isə xilas edilib

Hazırda oxunan: Bodrumda qayıq batıb, 18 nəfər ölüb, 14 nəfər isə xilas edilib

112164
Bu gecə Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda içərisində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.
 
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 18 nəfər ölüb, 14 nəfər isə son anda xilas edilib. Xilas edilənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir. Bodrumdan Yunanıstanın Kalimnos adasına keçməyə çalışdıqları bildirilən miqrantların Suriya, İraq və Pakistan vətəndaşları olması müəyyənləşib.
 
Bu hadisədən az sonra yerli polisə Bodrumda daha 20 miqrantın qanunsuz yollarla Yunanıstana aparıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis miqrantları və təşkilatçıları yaxalayıb. Məlum olub ki, təşkilatçılar adambaşına 3 min dollar dollar alaraq, miqrantları köhnə qayıqla Yunanıstana aparmağı vəd ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin