"İranda bir çox dinc nümayişçi edam təhlükəsi ilə üzləşib" - Robert Mali 

Hazırda oxunan: "İranda bir çox dinc nümayişçi edam təhlükəsi ilə üzləşib" - Robert Mali 

112154

"İran məhkəmələri yüzlərlə dinc etirazçıya 10 ilə qədər həbs cəzası verib".

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali "Twitter" səhifəsində yazıb. 

O, iki etirazçının edam edilməsinə və bir çoxlarının edam riski ilə üz-üzə qalmasına toxunub, rejimin yaramaz davranışlarına qarşı dinc etiraz aksiyası keçirən minlərlə adamın hələ də həbsdə olduğunu bildirib. 

Qeyd edək ki, ondan öncə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Co Bayden hökumətinin etirazçılara, xüsusilə də İrandakı qadınlara dəstəyini vurğulayıb. 

O, İran hökumətindən etirazlar zamanı saxlanılanların dərhal azad edilməsini tələb edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin