“Gürcüstana güclü miqrant axını var”  – Giya Xuxaşvili

Hazırda oxunan: “Gürcüstana güclü miqrant axını var”  – Giya Xuxaşvili

112127

Bildiyimiz kimi, Moskvanın Ukraynada müharibəyə başlaması fonunda Rusiya vətəndaşlarının çoxu qonşu ölkələrə üz tutdular. Onların seçdiyi ölkələr arasında Gürcüstan, Ermənistan, Qazaxıstan üstünlük təşkil edir. Gürcüstanda hardasa 1 milyona yaxın rus miqrantının olduğu bildirilir. 

Bizim.Media-ya açıqlamasında gürcü ekspert Giya Xuxaşvili Gürcüstana gələn rus miqrantlarının yaratdığı problemlərdən danışarkən bildirdi ki, onlar ilk növbədə ölkə üçün təhlükəsizlik problemi yaradırlar: 

“Rusiyadan Gürcüstana gələn miqrantlar bir milyondan azdır, amma bununla belə hər halda çoxdurlar. Bu miqrantlar ölkəmiz üçün ilk növbədə təhlükəsizlik problemi yarada bilərlər. Çünki həqiqətdə nə məqsədlə gəldikləri məlum deyil. Gürcüstan iqtisadiyyatı onsuz da zəifdir. Bu fonda Rusiyadan xeyli sayda miqrantın gəlməsi vəziyyəti daha da pisləşdirir. 
Heç şübhəsiz, gələn miqrantlar arasında Rusiyanın Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməsinə çalışanlar da var. Bu isə Tiflislə Qərb arasında müəyyən problemlər yarada bilər”. 

Həmsöhbətimizin fikrincə, gələn miqrantlar həmçinin ölkənin demoqrafik vəziyyətini də müəyyən dərəcədə dəyişə bilərlər:

“Belə ki, Tiflis və Batum şəhərlərində rus millətindən olan nümayəndələrin dominantlığı hiss edilir. Onlar bu şəhərləri “işğal” ediblər. Onların ölkəmizə təzyiq etmək üçün hər an aktivləşə biləcəyi də istisna edilməməlidir. 

Belədə, indiki məqamda həmin miqrantlarla bağlı məsələdə problem yoxdur. Amma perspektivdə Rusiyadan gələn miqrantlar iqtisadi, siyasi, demoqrafik və mədəni ekspansiya problemləri yarada bilərlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin