ABŞ neft ölkələrini dizi üstə qoydu - 40 il əvvəl qoyulmuş qadağa götrülür

Hazırda oxunan: ABŞ neft ölkələrini dizi üstə qoydu - 40 il əvvəl qoyulmuş qadağa götrülür

112121
ABŞ Nümayəndələr Palatası neft ixracına qoyulmuş qadağanın götürülməsini nəzərdə tutan sənədi bəyənib. Virtualaz.org saytı xəbər verir ki, məlumatı “Reuters”x9d yayıb.

İnformasiyaya görə, amerikalı parlamentarlar neft ixracına hələ 40 il əvvəl qoyulmuş qadağanın ləğvini nəzərdə tutan büdcə layihəsini böyük səs çoxluğu ilə qəbul ediblər.

ABŞ Konqresinin aşağı palatası dövlət təsisatlarının 2016-cı ilin sentyabrına qədər maliyyələşdirilməsi təklifini də bəyənib. Xərclərin həvmi 1,1 trilyon dollar təşkil edəcək. Sənədlər baxılması üçün yuxarı palataya ”“ Senata göndərilib.

Qeyd edək ki, ABŞ Konqresinin rəhbərliyi neft ixracına qoyulmuş qadağanın ləğvi barədə bundan əvvəl razılıq əldə etmişdi. Müzakirələr zamanı respublikaçılarla demokratlar arasında kompromis əldə olunması zərurəti yaranmışdı.
Demokratlar neft ixracına embarqonun ləğvini dəstəkləmişdi. Respublikaçılar isə “yaşıl energetika”x9dya dövlət yardımı ideyasına “hə”x9d demişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin