Türkiyə Rusiyanın imtina etdiyi 20 ton meyvə və tərəvəzi pulsuz payladı

Hazırda oxunan: Türkiyə Rusiyanın imtina etdiyi 20 ton meyvə və tərəvəzi pulsuz payladı

112088
“Biz yerli ərzaqlar həftəsi çərçivəsində aksiya keçirdik”x9d.

Türkiyənin cənubunda Osmaniyə vilayətində Kadırlı şəhərinin hakimiyyəti Rusiyanın bazarına çıxarılacağı nəzərdə tutulan 20 tonn meyvə və tərəvəzi yerli sakinlərə pulsuz paylayıb, Oxu.Az Hurriyet qəzetinə istinadən xəbər verir.

“Biz yerli ərzaqlar həftəsi çərçivəsində aksiya keçirdik. Fermerlərdən Rusiyanın imtina etdiyi 20 ton meyvə və tərəvəzi 35 min türk lirəsinə (təxminən 12 min ABŞ dolları) alaraq yerli əhaliyə pulsuz payladıq”x9d, - şəhərin meri Ömər Tarxan bildirib.

Qeyd edək ki, Türkiyədə yerli ərzaq həftəsi hər il dekabr ayında yerli istehsalçılara stimul vermək məqsədilə keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin