BMT Baş katibliyinə seçki qaydalarında yenilik...

Hazırda oxunan: BMT Baş katibliyinə seçki qaydalarında yenilik...

111984
Moderator.az xəbər verir ki, BMT-nin 70 illik tarixində ilk dəfə baş katibin seçilməsində təşkilata üzv olan 193 ölkə də aktiv şəkildə iştirak edəcək. İndiyənə qədər baş katibi bağlı qapılar arxasında seçen 5 daimi üzvün təsiri qismən azalmış olacaq.
Birləşmiş Millətlər Təşkilatı (BMT) tarixində bir ilkə imza atıldı və bütün üzv ölkələrin baş katibin seçilməsində aktiv iştirakını nəzərdə tutan prosesə start verildi. xa0BMT baş ofisi, 193 üzv dövlətə 2016-cı ildə keçiriləcək seçkilər üçün namizəd irəli sürmələrini istəyən bir məktub göndərib. Məktubda “özünü doğrultmuş liderlik və idarəetmə qabiliyyətləri olan, beynəlxalq münasibətlər sahəsində təcrübəli və diplomatik ünsiyyət bacarıqları yüksək namizədlərin adlarının”x9d BMT baş ofisinə təqdim edilməsi istənilib.xa0

Hal-hazırkı baş katib Pan Qi Munun səlahiyyət müddəti 31 dekabr 2016-cı il tarixində başa çatacaq. ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransadan ibarət BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvü indiyənə qədər 8 baş katibi bağlı qapılar arxasında müəyyən edib. TŞ-nın daimi üzvlərinin Ümumi Assambleyaya təqdim etdiyi bu şəxslər hər dəfə qəbul edilib.
Ümumi Assambleyanın sədri Moqenz Likketof yeni qaydalarla bağlı bunları deyib: “Seçki prosesi indiyənə qədər gizli formada keçirilirdi. BMT TŞ daimi üzvləri yenə güclü bir mövqe tutacaq. Ancaq yeni qaydalara görə Ümumi Assambleya müəyyən etdiyi namizədin arxasında dayana biləcək.”x9d

Qeyd edək ki, növbəti baş katibin qadın olması gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin