İran Prezidenti etirazçıları və onlara dəstək verənləri HƏDƏLƏDİ 

Hazırda oxunan: İran Prezidenti etirazçıları və onlara dəstək verənləri HƏDƏLƏDİ 

111983

"İrandakı mövcud quruluşa hücum etmək istəyən düşmənlərimizə layiqli cavabları verilir". 

Bizim.Media "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Fatimeyi-Zəhranın vəfatı ilə əlaqədar keçirilən tədbirdə ölkədəki etiraz aksiyalarından bəhs edərkən bildirib. 

O bildirib ki, müstəmləkəçilər və böyük dövlətlər azadlıq, aldadıcı şüarlarla xalqa yoxsulluq və zillət gətirirlər:

”Ölkədəki uğurlar İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin və onun başçılıq etdiyi rəhbərliyin sayəsində əldə edilib, çatışmazlıqlar isə imansızlara aidddir. Dünyada korrupsiya, ədalətsizlik və fironçuluğun  hökm sürdüyü bu müharibədə şahçılar, ikiüzlülər, təkəbbürlü insanlar öz rollarını oynadılar". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin