Poroşenko: Putin Rusiya hərbçilərinin Donbasda mövcudluğunu təsdiqləyib

Hazırda oxunan: Poroşenko: Putin Rusiya hərbçilərinin Donbasda mövcudluğunu təsdiqləyib

111961
NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə keçirdikləri birgə mətbuat konfransında qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putin bugünkü  illik mətbuat konfransında çıxışı zamanı Ukraynanın şərqində Rusiya hərbçilərinin mövcudluğunu  təsdiqləyib.   
 
Qeyd edək ki, Vladimir Putin Ukraynanın şərqində Rusiya hərbçilərinin mövcudluğu məsələsinə ukraynalı jurnalistin sualına cavabında toxunub. “Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var”x9d, deyə Putin bildirib.
 
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Pyotr Poroşenko NATO-nun baş katibi ilə brifinqdə qeyd olunan məsələni şərh edərkən qeyd edib ki,  Vladimir Putin bu gün Rusiya hərbçilərinin Donbasda mövcudluğunu ilk dəfə olaraq  açıq təsdiqləyib.  
 
NATO-nun baş katibi də, öz növbəsində,  Pyotr Poroşenkonun dediklərini təkrarlayaraq, Alyansın bu iddialarının açıq mənbələrə, KİV-lərə və QHT-lərə əsaslandığını vurğulayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin