Moderator.az xəbər verir ki, İllik mətbuat konfransında jurnalistlərin sualını cavablandıran Rusiya prezidenti Vladimir Putin maraqlı addım atdı. Konfransda “Komsomolskaya pravda”x9d qəzetinin müxbiri Aleksandr Qamovun ölkədəki iqtisadi durumla bağlı sualını cavablandıran Putin qəfil qolundakı saatını çıxararaq kənara qoyub. Bundan sonra isə Rusiya prezidenti qarşısındakı kağızlardan ölkəsinin iqtisadi durumu ilə bağlı statistik rəqəmlər oxumağa başladı.
Maraqlıdır ki, ənənəvi illik mətbuat konfransı adətən əvəllcədən müəyyən edilmiş zaman çərçivəsində keçirilirdi. Bu dəfə isə vaxt məhdudiyyətinin olmayacağı bildirilirdi. Görünür Putin Kremlə yaxın olan bir qəzetin müxbirindən belə sərt sual gözləmirmiş. Saatın çıxarılıb kənara qoyulması da mətbuat konfransının məhdudu zaman çərçivəsinə işarə hesab oluna bilər.































































































