“Nord Stream AG” şirkəti Baltik dənizində “Şimal axını - 1” və “Şimal axını - 2” kəmərlərinin zədələnmiş hissələrinin təmiri və qaz təchizatının bərpası xərclərinin qiymətləndirilməsinə başlayıb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, hesablamalardan birinə əsasən, təmir üçün azı 500 milyon dollar lazım ola bilər.
Qəzet, həmçinin iddia edib ki, Rusiyada işləyən məsləhətçilər zədələnmiş boruların duzlu suyun təsirinə nə qədər davam gətirə biləcəyini müəyyən etməyə çalışırlar.
Qeyd edilib ki, qaz kəmərlərinin Avropanın özündə də kifayət qədər xeyli əleyhdarı var idi və enerji infrastrukturunun belə mühüm obyektinə təxribatı müharibə aktı kimi qiymətləndirmək olar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:31 / 26.12.2022
“Şimal axını - 1” və “Şimal axını - 2” kəmərlərinin bərpasına 500 milyon dollar lazımdır
Hazırda oxunan: “Şimal axını - 1” və “Şimal axını - 2” kəmərlərinin bərpasına 500 milyon dollar lazımdır
Hazırda oxunan: “Şimal axını - 1” və “Şimal axını - 2” kəmərlərinin bərpasına 500 milyon dollar lazımdır
111800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.