NATO-nun beş ölkəsi Serbiyadan Kosovodakı barrikadaları götürməyi TƏLƏB ETDİ 

Hazırda oxunan: NATO-nun beş ölkəsi Serbiyadan Kosovodakı barrikadaları götürməyi TƏLƏB ETDİ 

111794

NATO ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Fransa) səfirləri Serbiya Prezidenti Aleksandr Vuçiçə məktubla müraciət edərək, Kosovonun şimalında və Metohiyada qurulan barrikadaların 24 saat ərzində yığışdırılmasını tələb ediblər. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, NATO dövlətləri Serbiya liderinə bildiriblər ki, barrikadalar göstərilən müddətdə aradan qaldırılmasa, o zaman tanınmamış Kosovo Respublikasının baş naziri Albin Kurti baş verənlərlə özü məşğul olacaq. 

Qeyd edilib ki, daha əvvəl A.Vuçiçin Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Milan Moysiloviçi Kosovo ilə inzibati sərhədə yaxın yerləşən Raska şəhərinə göndərdiyi bildirilirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin