“MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri danışa bilərlər” – Peskov 

Hazırda oxunan: “MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri danışa bilərlər” – Peskov 

111791

“Rusiya, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət apara bilərlər”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində bildirib. 

“Bildiyimiz kimi dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir. 
Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, - deyə Kreml sözçüsü qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin