Braziliya millisinin sabiq baş məşqçisi QARƏT EDİLDİ 

Hazırda oxunan: Braziliya millisinin sabiq baş məşqçisi QARƏT EDİLDİ 

111523

Braziliya millisinin sabiq baş məşqçisi Tite Rio-de-Janeyroda qarət edilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin qızıl boyunbağısı oğurlanıb.

Titeni yaxından tanıyan cinayətkar bu əməli törədərkən yığmanın Qətərdə keçirilən dünya çempionatındakı uğursuz çıxışından şikayətlənib. 

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiyaya uduzaraq, mundialla vidalaşıb.

Turnir başa çatdıqdan sonra Tite baş məşqçi postunu tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin