Əfqanıstanda qadınların bu hüquqları da ƏLLƏRİNDƏN ALINDI 

Hazırda oxunan: Əfqanıstanda qadınların bu hüquqları da ƏLLƏRİNDƏN ALINDI 

111511

"Taliban" Əfqanıstanda qeyri-hökumət təşkilatlarına (QHT) qadınların işdən uzaqlaşdırılması əmrini verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” "Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin məktubuna istinadən məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb bu QHT-lərdə işləyən bəzi qadınların "Taliban"ın irəli sürdüyü geyim qaydalarına əməl etməməsidir.

"Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib "Reuters"ə deyib ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin