Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan nümayəndə heyətinin Qarabağdakı mədənlərə buraxılmamasına görə separatçı-terrorçu rejimi günahlandırıb. Bildirib ki, razılaşma nə Rusiya sülhməramlıları, nə də Azərbaycan tərəfindən pozulub. Lavrov bu açıqlaması ilə əslində Rusiyanı təmizə çıxarmağa, onun guya proseslərdə əlinin olmadığı obrazını formalaşdırmağa çalışıb.
Düzdür, Azərbaycan nümayəndələrinin Qarabağdakı mədənlərə buraxılmamasında separatçı rejimin də günahı var. Bu, birmənalıdır. Amma aydın məsələdir ki, onların Rusiya sülhməramlılarının dəstəyi olmadan heç bir halda bunu etməyə cürətləri çatmaz.
Bizim.Media-ya açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Lavrovun nümayəndə heyətimizin Qarabağdakı mədənlərə buraxılmamasına görə separatçıları günahlandırmaqda, Moskvanı təmizə çıxarmaqda məqsədi ölkəsini məsuliyyətdən yayındırmaq, Rusiyanın guya neytral mövqe tutduğunu göstərmək olub:
“Lavrovun bu açıqlaması səmimiyyət və etik diplomatiyadan uzaq məsələdir. Çünki Qarabağda separatçı rejimi təmsil edən, onu təxribatlara sürükləyən dünənə qədər Rusiya vətəndaşı olan Rüben Vardanyandır. Vardanyanı formal olaraq Rusiya vətəndaşlığından məhrum etmək, hələ onun Rusiya xüsusi xidmət orqanlarının agenti olmaqdan uzaqlaşdırılması anlamına gəlmir. Vardanyanın timsalında Qarabağda törədilən bütün təxribatların arxasında dolayısı ilə Rusiya dayanır. Lavrovun bu açıqlama ilə Rusiyanı təmizə çıxarmaqda məqsədi Qarabağda baş verən proseslərdə Moskvanın rolunun guya olmadığını göstərmək olub. Amma özü də gözəl bilir ki, dediklərinə nəinki ictimaiyyət, heç onun özü də inanmır”.
Ekspert qeyd edib ki, Qarabağdakı bütün təxribatların arxasında Rusiyanın agenti olan Vardanyan dayanır:
“Belə olan halda Lavrovun prosesdə təkcə birtərəfli qaydada Vardanyanı ittiham etməsi məntiqli deyil. Bununla Lavrov Rusiyanı məsuliyyətdən yayındırmaq, onun guya neytral mövqe tutduğu görüntüsünü yaratmaq istəyib”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:30 / 24.12.2022
Lavrovun Rusiyanı məsuliyyətdən yayındıran AÇIQLAMASI - Politoloq detalları AÇIQLADI
Hazırda oxunan: Lavrovun Rusiyanı məsuliyyətdən yayındıran AÇIQLAMASI - Politoloq detalları AÇIQLADI
Hazırda oxunan: Lavrovun Rusiyanı məsuliyyətdən yayındıran AÇIQLAMASI - Politoloq detalları AÇIQLADI
111421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.