Döyüşlərdə ciddi itkilər verən və məğlubiyyətdən başını itirən Ermənistan çıxış yolunu informasiya məkanında təxribatlarda görür.
Bizim.Media-nın məlumatına görə Ermənistan Kütləvi İnformasiya Vasitələri türkiyəli məşhurların hərbi formada olan fotolarını yayaraq onları “öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim ediblər.
Bu məşhurlar arsında Sərdar Ortac da var. Belə ki, Ermənistanın ictimai radiosu tanınmış müğənni  Sərdar Ortacı  Azərbaycan hərbiçisi kimi təqdim edib. “Azərbaycan əsgəri” kimi tandılan digər məşhur isə türkiyəli aşpaz Burak Özdemirdir.  Ermənilərin növbəti gülünc  təxribatı Türkiyə mediasında da yer alıb.
Bizim.Media


























































































