Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədinin delimitiasiyası ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədinin delimitiasiyası ilə bağlı AÇIQLAMA 

111387

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin mətbuata müsahibəsində deyib. 

O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir: 

“9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılıqlar sülh müqaviləsi istiqamətində irəliləyişin əldə olunmasına kömək edəcək. Bu razılıqlar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün “yol xəritəsi” formalaşdırıb”, - deyə o bildirib. 

Qaluzin deyib ki, Rusiya regionda xüsusilə nəqliyyat və iqtisadi əlaqələrin açılması, delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin