İsveçrədən Ukraynaya HUMANİTAR YARDIM - 40 generator və qızdırıcı GÖNDƏRDİ

Hazırda oxunan: İsveçrədən Ukraynaya HUMANİTAR YARDIM - 40 generator və qızdırıcı GÖNDƏRDİ

111343

İsveçrə Ukraynaya 40 generator və eyni sayda qızdırıcı göndərib. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb. 

Təchizat Kiyevə yardım planının bir hissəsidir. İsveçrə bunun həyata keçirilməsi üçün 100 milyon frank (təxminən 107 milyon ABŞ dolları) ayırıb. 

“Ötən həftə Ukraynaya 30 generator verən İsveçrə indi də qarşı tərəfə 40 qızdırıcı və eyni sayda generator göndərir”, - məlumatda deyilir. 

Generatorlar və qızdırıcılar Ukraynanın Mülki Müdafiə Xidmətinə veriləcək. Vurğulanır ki, bu avadanlıqlar çadırlarda və ya sakinlərin isinməyə gəldikləri böyük zallarda istifadə oluna bilər.

Eyni zamanda, yardım məqsədilə əlavə materialların göndərilməsi məsələsi də öyrənilir. 

“Bu tədarüklər qışda Ukrayna əhalisinə kömək etmək üçün daha geniş fəaliyyət planının bir hissəsidir”, - rəsmi Bernin məlumatında bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin