Rusiyanın “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə nəzarət üzrə Federal Xidmət) Xidməti “Google”dan jurnalist və yazıçı, milliyyətcə erməni olan Mixail Şahnazarovun YouTube-da yayımlanan video klipinə girişi bərpa etməsini tələb edib.
Bizim.Media xəbər verir ki, bu haqda Xidmətin veb saytında deyilir.
“Roskomnadzor” Google şirkətinin rəhbərliyinə məktub göndərib. Yanvarın 26-da “Şah və Mat” kanalında yayımlanan videoya giriş məhdudlaşdırılıb.
Video Rusiyadakı xəbərlərin ümumi icmalına həsr edilib.
Məktubda “Roskomnadzor” yazır ki, bloklama Rusiya vətəndaşlarının məlumat əldə etmək hüquqlarını pozur.
Xatırladaq ki, Mixail Şahnazarovun kinematoqrafçı Karen Şahnazarovla qohumluq əlaqəsi yoxdur: əcdadları Bakıdan köçərək Baltikyanı ölkələrdə yaşayıblar. Gələcək jurnalist Riqa şəhərindəki adi bir xəstəxanada 1967-ci ildə anadan olub.
Onun valideynləri barədə ictimaiyyətə demək olar ki, heç nə məlum deyil. Latviyanın paytaxtında çalışıblar və yayda Azərbaycana tətilə gediblər.
Ədəbi yaradıcılıqla yanaşı, Mixail Rusiyanın "Moskva danışır" radiostansiyasının səhər yayımının aparıcısıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:16 / 08.02.2021
“YouTube”dan tələb edildi: “Erməni jurnalistin videosuna giriş bərpa olunsun” - FOTO
Hazırda oxunan: “YouTube”dan tələb edildi: “Erməni jurnalistin videosuna giriş bərpa olunsun” - FOTO
Hazırda oxunan: “YouTube”dan tələb edildi: “Erməni jurnalistin videosuna giriş bərpa olunsun” - FOTO
11125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.