Dəfn mərasimində ildırım altı nəfəri öldürdü

Hazırda oxunan: Dəfn mərasimində ildırım altı nəfəri öldürdü

111235
Cənubi Afrika Respublikasında (CAR) ildırım dəfn mərasimində 6 nəfərin həyatına son qoyub. Məlumata əsasən, insident nəticəsində 4 nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan altı nəfərə tibbi yardım göstərilib. Respublikanın səhiyyə departamentinin nümayəndəsi Siyanda Manana bildirib ki, yaralıların vəziyyəti normaldır. Qeyd edək ki, CAR-da hər il ildırım vurmasından 100-ə yaxın insan ölür. Belə məlumatlar 2015-ci ilin noyabr ayında ölkənin paytaxtı Pretroriyada bu mövzuya aid təşkil edilən konfransda açıqlanıb. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin