Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin finalında Argentinaya uduzduqları oyunun fasiləsində komanda yoldaşlarına müraciət edib.
Bizim.Media “RMC Sport”a istinadən xəbər verir ki, yığmada daha təcrübəli futbolçuların olmasına baxmayaraq, 24 yaşlı forvard 0:2 hesabıyla geridə olduqları zaman paltardəyişmə otağında komandanın lideri kimi oyunçuları irəli səsləyib:
“Bu, dünya çempionatıdır və bir ömür bizimlə qalacaq. Belə oynasaq, qazana bilmərik. İndi meydana qayıdırıq. Ya, axmaq kimi oynamaqlarına icazə verəcəyik, ya da mübarizə aparacağıq. Uşaqlar, geridəyik! Qayıda bilərik. 4 ildir bu anı gözləyirdik, sona qədər döyüşək!”
Qeyd edək ki, Argentinanın penaltilər seriyasında qalib gəldiyi matçda Mbappe het-trik edib və penaltilər seriyasında da hədəfdən yayınmayıb. O, 8 qolla mundialın ən yaxşı bombardiri olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:48 / 22.12.2022
Mbappe final matçının fasiləsində futbolçulara nə deyib?
Hazırda oxunan: Mbappe final matçının fasiləsində futbolçulara nə deyib?
Hazırda oxunan: Mbappe final matçının fasiləsində futbolçulara nə deyib?
111136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.