“İranda 4 aydır ki, bacı-qardaşlarımız diktaturaya qarşı azadlıq, bərabərlik, insan və qadın haqları üçün mübarizə aparırlar. Onlar dəyişiklik istəyirlər. Amma şovinist hökumət dinc, qanuni etirazları qanla boğur”.
Bizim.Media xəbər verir ki, bunu İsveç parlamentinin azərbaycanlı deputatı Aylin Fazelian ana dilində yayımladığı videomüraciətində bildirib.
Millət vəkili söyləyib ki, bu cinayətlərin qarşısı alınmalıdır:
“Yüzlərlə insanımız öldürülüb, minlərlə gəncimiz zindanlardadır. İran İslam rejiminin öz vətəndaşlarına etdiyi cinayətlər və edamları şiddətlə qınayıram.
Onlar bizim millətimizi edamla, ölümlə susdurmağa çalışırlar. Amma bizi bununla dayandıra bilməyəcəklər. Şovinist rejim dağılana qədər səsimiz kəsilməyəcək. Ürəyində demokratiya və azadlıq istəyən hər bir şəxsdən İran İslam rejiminə qarşı əl-ələ verib mübarizə aparmalarını istəyirəm. Sizin savaş bizim savaşdır”.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2022/12/22/1671685737_aylin-fazelian.png)
- A-
- A
- A+
Dünya
09:06 / 22.12.2022
İsveçin azərbaycanlı deputatından İrana sərt REAKSİYA - VİDEO
Hazırda oxunan: İsveçin azərbaycanlı deputatından İrana sərt REAKSİYA - VİDEO
Hazırda oxunan: İsveçin azərbaycanlı deputatından İrana sərt REAKSİYA - VİDEO
110964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.