İsveç baş naziri avropalı diplomatların çıxarılması ilə bağlı Rusiyanı hədələdi

Hazırda oxunan: İsveç baş naziri avropalı diplomatların çıxarılması ilə bağlı Rusiyanı hədələdi

11096

İsveç Baş naziri Stefan Loeven, üç Avropa diplomatının Rusiyadan çıxarılmasını qınayıb və rəsmi Moskvanı bununla bağlı cavab verəcəyi ilə hədələyib

Bizim.Media TT agentliyinə istinadən məlumat verir ki, İsveç baş naziri Rusiyanın mövqeyi ilə bağlı olaraq:

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Qərb diplomatlarını ölkədən çıxarmaqla hədələdi


"Rusiyanın İsveç daxil olmaqla bir neçə AB diplomatını ölkədən xaric etməsinə dair əsassız qərarını qəti şəkildə qınayıram. Diplomat öz vəzifəsini çox doğru yerinə yetirib”, deyə qeyd edib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.

 

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında “Qərb ölkələri rəsmi Moskvanı məcbur edir ki, qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarsın” deyə münasibət bildirmişdi.


Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin