Rusiya və İran sanksiyalardan yayınmaq üçün yeni ticarət dəhlizi yaradır

Hazırda oxunan: Rusiya və İran sanksiyalardan yayınmaq üçün yeni ticarət dəhlizi yaradır

110951

Rusiya və İran Şərqi Avropadan Hind okeanına 3000 km uzunluğunda yeni transkontinental ticarət dəhlizi yaratmağa başlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Məlumata görə, layihənin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaq istəyidir. 

Qeyd olunub ki, dəhlizin şimal nöqtəsi Azov dənizindədir. “Bloomberg”in tərtib etdiyi gəmi izləmə məlumatları, sanksiyalara məruz qalanlar da daxil olmaqla, onlarla Rusiya və İran gəmisinin artıq həmin marşrutla hərəkət etdiyini göstərir. 
Həmçinin bildirilib ki, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Mariya Şaqinanın sözlərinə görə, Rusiya və İran daxili ticarət dəhlizi yaratmaq üçün 25 milyard dollara qədər sərmayə qoyacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin