İran ABŞ-la gizli danışıqlar aparır - Rəsmi Tehrandan şok açıqlama

Hazırda oxunan: İran ABŞ-la gizli danışıqlar aparır - Rəsmi Tehrandan şok açıqlama

110923
İranın atom enerjisi üzrə təşkilatının başçısı Əli Əkbər Salehi onunla ABŞ Energetika naziri Enest Moniz arasında aparılan gizli danışıqların mövcudluğunu təsdiqləyib.

Avropa.info xəbər verir ki, İran və ABŞ arasında danışıqlar bu ilin noyabrında baş tutub.

“Bəli, bu həqiqətdir. Omanda biz birgə fəaliyyət planının gerçəkləşdirilməsi  üzrə maneələrin aradan qaldırılmasını müzakirə etmişik”x9d ”“ Salehi belə deyib. 

Bununla yanaşı, Salehi  İranın nüvə xammalını Qazaxıstana verməsi ilə bağlı “The Wall Street Journal”x9d qəzetinin iddiasını şərh etməkdən imtina edib. Onun sözlərinə görə, İran “bir sıra”x9d ölkələrlə danışıqlar aparır.

Qeyd edək ki, “The Wall Street Journal”x9d qəzeti sanksiyaların götürülməsi üçün ABŞ-ın İran nüvə yanacağını Qazaxstana göndərməsi ilə bağlı iddia çap etmişdi. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin