Azərbaycanla həm kədər, həm də xoş gündə bir olduq. Azərbaycanın Vətən müharibəsində əlimizdən gələn bütün dəstəyi göstərdik.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulisi Akar Kayseridə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O, həmçinin, əlavə edib ki, Gürcüstan da Türkiyə və Azərbaycan üçün dost, önəmli regional bir dövlətdir.
Onun sözlərinə görə, tərəflər Cənubi Qafqaz və regiona dair bütün inkişaf və əməkdaşlıq perspektivlərini müzakirə edib: “Biz hərbi əməkdaşlıq sahəsində ciddi məsafə qət etdik və bunun bəhrəsini görürük. Ermənistanın Azərbaycan və Türkiyənin uzadılan sülh və dostluq əlini tutmasını, təxribatlardan çəkinməsini və sülh danışıqlarına yönəlməsini istəyirik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:50 / 21.12.2022
Akar: "Ermənistanın Azərbaycan və Türkiyənin uzatdığı dostluq əlini tutmasını istəyirik"
Hazırda oxunan: Akar: "Ermənistanın Azərbaycan və Türkiyənin uzatdığı dostluq əlini tutmasını istəyirik"
Hazırda oxunan: Akar: "Ermənistanın Azərbaycan və Türkiyənin uzatdığı dostluq əlini tutmasını istəyirik"
110896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.