“Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin çıxışını mənfi qiymətləndirirəm”.
Bizim.Media “Baqramyan26” Telegram kanalına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Hesab edirəm ki, müttəfiq tərəfdən bu, daha məqsədyönlü səsləndirilməliydi. Ermənistanla ümumiyyətlə sıx əlaqələri olmayan ölkələr yaxşı çıxış etdilər”, deyə o, qeyd edib.
Spikerin fikrincə, Rusiya Federasiyası ya bacarmır, ya da istəmir.
Simonyan hesab edir ki, Rusiya tərəfindən də oxşar reaksiya olacaq: “Son hadisələr bunu göstərir”.
Qeyd edək ki, Ermənistanın təklifi ilə dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:52 / 21.12.2022
Ermənistan parlamentinin sədri Rusiyanı tənqid etdi: “Ya bacarmır, ya da istəmir”
Hazırda oxunan: Ermənistan parlamentinin sədri Rusiyanı tənqid etdi: “Ya bacarmır, ya da istəmir”
Hazırda oxunan: Ermənistan parlamentinin sədri Rusiyanı tənqid etdi: “Ya bacarmır, ya da istəmir”
110883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.