“Microsoft”un qurucusu, Amerikalı milyarder Bill Qeyts bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə məlumat verib.
Bizim.Media "Qovorit Moskva”-ya istinadən məlumat verir ki, Qeyts bəşəriyyət yeni təbii kataklizmlər gözləyini qeyd edib. "Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı qurbanlar olacaq", - deyə, iş adamı qeyd edib..
MÖVZU İLƏ BAĞLI:
Tokio Olimpiadası vaksindən asılıdır – Bill Qeyts
O, bioterrorizmi böyük təhlükə adlandırıb. “Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər", deyə “Microsoft”un qurucusu bildirib.
Xatırladaq ki, daha əvvəl də Bill Qeyts COVID-19 pandemiyasında iştirakını təkzib etmişdi.
Sosial şəbəkələrdə və onlayn mediada Bill Qeytsin pandemiyanın yayılmasında iştirakı haqqında iddialar irəli sürülüb.
Lakin Bill Qeyts bunları təkzib edib. Milyarder bildirib ki, pandemiyada əli olması barədə fikirlər sadəcə olaraq axmaqlıqdır.
Bizim.Media