Makron 45 yaşını hansı şəraitdə qeyd edir? – Kədərli ANLAR

Hazırda oxunan: Makron 45 yaşını hansı şəraitdə qeyd edir? – Kədərli ANLAR

110806

Bu gün Fransa prezidenti Emmanuel Makronun doğum günüdür, onun 45 yaşı tamam olur. Necə deyərlər bu gün Emmanuelin yubileyidir. Di gəl ki, Makron özəl günü sevinc içində keçirə bilməyəcək.

Səbəb isə həddindən artıq çoxdur, son zamanlar Makron hara ayağını basırsa oradan uğursuzluq fışqırır. Hələ vətəndaşları tərəfindən sillələnməsi də bir ayrı dərddir, o indi kafe, restorana belə hürkə-hürkə daxil olur.

Digər səbəblərə baxaq:

Birincisi, Fransa son 50 ilin ən çətin iqtisadi və sosial dönəmini yaşayır. Hazırda Fransa əhalisinin 10 faizi mavi yanacaqdan məhrum qalıb. Evini isidə bilməyən fransızlarsa Makronu söyə-söyə ölkədən qaçırlar. Prezidentin reytinqi ölməkdə davam edir.

İkincisi, Aİ dövlətlərinin əksər rəhbərləri ölkələrinin çətin iqtisadi duruma düşməsində günahkar kimi Fransanın səhv siyasətində görürlər. İtaliyanın baş naziri hətta onu xəyanətkar adlandırıb.

Ona görə də Emmanuel bu gün ölkə daxilindən olduğu kimi ölkə xaricindən də təbrik alacağına çox ümidsizdir.

Üçüncüsü, Azərbaycan höküməti Makronun yubiley ərəfisində kefinə soğan doğradı. Onun bütün çabalarına baxmayaraq Azərbaycan bir daha Fransanı Ermənistanla münasibətlərin normallaşmasında tərəf kimi görmədiyini bəyan etməsi Emmanuelin siyasi karyerasına böyük zərbə olub. Söhbət Makronun timsalında Fransanın Beynəlxlaq proseslərdən kənarda saxlanılmasından gedir.

Dördüncüsü, Türkiyə Fransaya bütün sahələrdə üstün gəlir. Həm Avropada, həm Afrikada Türkiyə Fransanı açıq şəkildə sıxışdırır. Bu da son 40 ildə Fransanın üzləşdiyi ən çətin anlardır.

Beşincisi, 3 gün öncə Qətərdə keçirilən mundialın son oyununda Argentina millisinin oyunçuları ona “tərs şapalaq” vurdu. Oyunu canlı izləyən Makron tribunada çox şən və iddialı görünürdü.

Lakin, oyunun sonunda suya düşmüş cücəyə bənzəyirdi.

Altıncısı və ən dəhşətlisi Bricitdir. Ailədəki söz-söhbətlər Makronu dilxor edib. Yada salq ki, Makkronun həyat yoldaşı Bricit ondan 25 yaş böyükdür. Bu da ailədə ciddi komplekslər yaradır.

Üstəlik onun trans olması ilə bağlı ötən il geniş söz-söhbətlər yayılmışdı. Ultrasağ siyasi qüvvələrin tərəfdarları Fransa liderinin həyat yoldaşının cinsiyyətinin dəyişdirilməsindən şübhələnib və sosial şəbəkələrdə bu mövzuda aktiv yazılar dərc etməyə başlamışdı. Emanuelin bircə Briciti isə o zaman hamını məhkəmə ilə hədələsə də sonradan heç bir xəbər-ətər olmadı.

Və bundan sonra da xəbər yayıldı ki, Makronun evinə yad kişilər gəlir. Belə vəziyyətdə Makronun bu axşam da evə gedəcəyi heç də inandırıcı görünmür.

Bir sözlə, Makron 45 yaşını prezident postunda qeyd etsə də sevinə bilmir. Onda daha nə can qalıb, nə də reytinq. Saydıqlarımız və saymadıqlarımızın müqabilində Makronun yerinə kim olsa sevinə bilməz.  

Ona görə də Bricitin və ermənilərin bircəciyi olan Emmanuelə “keçmiş olsun” deyirik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin