BiG.az rus mətbuatına istinadən bildirir ki, pulsuz internet ilkin mərhələdə istirahət yerləri ayrılmış və oturacaqlar olan qəbirstanlıqlarda təşkil olunacaq.
Belə ki, Troekurov qəbirstanlığında pulsuz Wi-Fi-ya girişdə və mərkəzi Xiyabanda qoşulmaq mümkün olacaq.
İnternetə pulsuz giriş qəbiristanlığı daha asan ziyarət etmək və xüsusilə, informasiya xarakterli olacaq. Məzarın və ya abidənin harada yerləşdiyi ilə maraqlanan hər bir şəxs onlayn şəkildə doğru məlumatı əldə edə biləcək.
Moskva hökuməti bununla çox ziyarət edilən qəbirstanlıqları vətəndaşlar üçün daha rahat və informativ etmək niyyətindədir.
Qərarın 2016-cı ilin birinci yarısında reallaşdırılması planlaşdırılır.
Bundan başqa, bu ilin oktyabr ayından Moskva hökuməti ailəvi qəbirlərin satışını elektron auksion sistemi ilə həyata keçirməyə başlayıb.
Həmçinin, Moskvanın Vaqankovski, Novodeviçi qəbirstanlıqlarında qəbirlərin GPS koordinatlarını daha rahat tapmaq üçün terminallar da yerləşdirilib.

































































































