“Laçın yolu bağlanmayıb” - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi

Hazırda oxunan: “Laçın yolu bağlanmayıb” - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi

110747

“Nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlamayıb. Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı rejim dəyişməz olaraq qalır, sülhməramlılar isə marşrutun mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Daimi nümayəndə deyib:

“Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə təcili yardım avtomobilləri və humanitar yardım karvanları da daxil olmaqla, müxtəlif növ nəqliyyat vasitələrinin yoldan maneəsiz keçidi əks olunub. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər, məsələn, minaların basdırılması və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə üçtərəfli Bəyanatın şərtlərinin pozulmasıdır və buna yol verilə bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin