Rusiya Türkiyəni mühasirəyə alır -ŞOK PLAN

Hazırda oxunan: Rusiya Türkiyəni mühasirəyə alır -ŞOK PLAN

110692
Noyabrın 24-də Su-24 döyüş təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyəyə qarşı “mühasirə planı”x9dnı həyata keçirməyə başlayıb.
xa0
Publika.az “Hurriyet”x9d nəşrinə istinadən xəbər verir ki, Rusiya Türkiyənin ətrafındakı ölkələrdə hərbi gücünü artırır.
xa0
Rus vertolyotları Ermənistanda
xa0
2014-cü ilin martında ilhaq etdiyi Ukraynanın Krım yarımadasında raket sistemlərini yerləşdirən Rusiya, iki gün əvvəl Ermənistana 14 helikopter göndərib. Vertolyotlar paytaxt İrəvanın yaxınlığındakı Erebuni hava bazasında yerləşdirilib. Bunlardan yeddisi müasir tipli "Mi-24P" zərbə, digərləri isə "Mi-8" MT nəqliyyat vertolyotudur.
xa0
Cari ilin sonunadək daha bir partiya vertolyot Ermənistana çatdırılacaq.
xa0
Suriya bütövlükdə hərbi bazaya çevrilir
xa0
Suriyanın Tartus şəhərində dəniz bazası olan Rusiya Qara dəniz donanmasına daxil olan “Rostov na-Donu”x9d sualtı gəmisini də Suriya sahillərinə göndərib. Sualtı gəminin arsenalında 2500 kilometr uçuş məsafəsi olan “Kalibr-PL”x9d qanadlı raketləri var. Rusiyanın Xəzər donanmasındakı gəmiləri həmin raketlərin analoqlarından “İslam dövləti”x9d terror qruplaşmasının mövqelərini vurmaq üçün istifadə edilib.
xa0
Rusiya daha əvvəl isə Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün “S-300”x9dlərin analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva”x9d kreyseri və iki sualtı gəmisini Türkiyənin 60 kilometrliyində yerləşən Latakya sahillərinə göndərib.
xa0
Su-24 təyyarəsinin vurulmasından bir neçə gün sonra Rusiya Suriyadakı "Hmeymim" hərbi hava bazasının ətrafında ən müasir S-400 zenit-raket komplekslərini yerləşdirib. Hava bazasında 55-ə qədər döyüş təyyarəsinin olduğu təxmin edilir. Bunlar Su-30 qırıcıları, Su-24, Su-25 və Su-34 bombardmançı təyyarələrdir. Bundan başqa, bazada 7 ədəd Mİ-24 və 5 ədəd Mİ-8 tipli vertolyotlar var. Bazada “Pantser-S1”x9d, “Buk-M2”x9d, “S-200”x9d, “Peçora-2M”x9d və “S-400”x9d hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Bundan başqa, radarları təsirsiz edən “Krasuha”x9d elektronik sistemi də “Hmeymim”x9də gətirilib.
xa0
Bazada həmçinin 15 tank və hərbi heyət daşıyan 30-a qədər zirehli texnikanın olduğu təxmin edilir.
xa0
Kiprdə baza yaradılır
xa0
Rusiyanın Kiprdəki səfiri Stanislav Osadçev ötən həftə adaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yunan həmkarı Yoannis Kasulidisdən hərbi baza istədiyini açıqlayıb. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar aparılır.
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin